12 dekabr 2025
31
Minatəmizləmə Agentliyi 3702 ədəd təkər alır: 631 min manata
Dövlət Minatəmizləmə Agentlliyi (ANAMA) maraqlı tender keçirib. Tribuna.az xəbər verir ki, sözügedən qurum istifadəsində olan avtomobillərə təkərlər alacaq.Bildirilir ki, “R.A.F.-AVTO” MMC ilə əldə olunmuş razılaşmaya əsasən Agentlik 3702 ədəd müxtəlif ölçülü təkər alacaq. Həmin malların alınmasına görə isə şirkətə 631 min 99 manat pul ödəniləcək.
Hər avtomobilin 4 ədəd təkər istifadə etdiyini nəzərə alsaq, belə başa düşlər ki, ANAMA-nın balansında 925 ədəd avtomobil var. Üstəlik, bu avtomobillərin hamısının təkərləri eyni vaxtda sıradan çıxıb.
Qeyd edək ki, ANAMA-nın rəsmi saytında balansında nə qədər avtomobil olması barədə məlumat yoxdur. Lakin onların sayının 925 ədəd olacağı da inandırıcı deyil.
Ümid edək ki, Agentliyin bununla bağlı məntqili və əsaslı açıqlaması olacaq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Fərda Uğur
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də yüzminləri avtomobillər yeyir, yoxsa…

Rafiq Vəliyev Mədəniyyət Nazirliyinin pullarının 30 faizini öz layihəsinə xərcləyib-DETALLAR
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Minatəmizləmə Agentliyi satınalmalarda nə kimi qanun pozuntularına yol verir – ANAMA sədrinin diqqətinə