11 dekabr 2025
18
Azərbaycanda general oğlu həbs edildi - TƏFƏRRÜAT
Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubov həbs edilib.Gununsesi.info-nun gömrük orqanlarından əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin əməkdaşı olan Fərid Usubov Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
Bildirilir ki, Fərid Usubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi vəzifəsində çalışıb.
P.S. Yaxın saatlarda həbsin detalları barədə əlavə detalları təqdim etməyə çalışacağıq.
Oxşar Xəbərlər:

Vahid informasiya sistemi qurulur
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

NADİR HÜSEYNOVUN YÜZ MİLYONLARLA ÖLÇÜLƏN ƏMLAKI

Prezident əfv sərəncamı imzaladı – SİYAHI