10 dekabr 2025
23

Hikmət Hacıyev Lavrovun müavini ilə görüşdü

 
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycana gəlib.
Yenimeydan.info  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.
O, Mixail Qaluzinlə görüşdüyünü bildirib.
Qeyd edib ki, görüş zamanı ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb