10 dekabr 2025
21
“Şərurlu İsfəndiyar”ın binasında fəhlə binadan yıxılaraq öldü (VİDEO)
Bakıda fəhlə çalışdığı binadan yıxılaraq ölüb. Bədbəxt hadisə ötən gün paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani ünvanında yerləşən “Jasmin Park” yaşayış kompeksində baş verib.Yenimeydan.info xəbər verir ki, yaşayış kompleksinin mətbuat xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, hadisə şirkətdə iş saatı başlamazdan əvvəl baş verib.
Şirkətdən o da bildirib ki, yıxılaraq ölən fəhlə fasad işlərində deyil, binadaxili işlərdə çalışan əməkdaşlardan olub. Ona görə də onun hansı şəraitdə yıxılaraq ölməsi araşdırmalardan sonra bəlli olacaq.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirib ki, dünən saat 08:00 radələrində Yasamal rayonunun M. Xiyabani küçəsindən “hündürlükdən yıxılma” səbəbilə təcili çağırış qeydə alınıb. Çağırış ünvanına gələn təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, “Jasmin Park” “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsusdur.
Oxşar Xəbərlər:

Təcili Tibbi Yardım Mərkəzi yeni təcili yardım avtomobillərinə də ehtiyyat hissələri alır –Çox şübhəlidi

“Şərurlu İsfədiyar”ı hansı məmurlar himayə edib? - Gizlinlər

“Çoban” İsfəndiyarın milyonluq avtomobil kolleksiyası –FOTO
MİDA Yasamal, Hövsan və Gəncədə növbəti satışa başlayır - Diqqət!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI