09 dekabr 2025
30

Naxçıvan Ali Məhkəməsinə yeni hakim təyin edildi

   Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə yeni hakim təyin edilib.Yenimeydan.info  xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Aida Əli qızı Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirə edilib.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, 49 yaşlı Aida Hüseyn hazırda Bakı Ali Məhkəməsinin hakimidir.