09 dekabr 2025
30

Mehdiyev işində ŞOK həbs hazırlığı – o məmur kimdir?

 Sabiq PA rəhbəri Ramiz Mehdiyev işi üzrə daha bir iri fiqurun istintaqa cəlb olunması gözlənilir.
Mötəbər mənbə Tribuna.az-a bildirib ki, istintaq “dövlət çevrilişi” planında iştirakı olan vəzifəli şəxsi müəyyən edib. Onun kimliyi haqda müfəssəl məlumat verilməsə də, ictimaiyyət üçün həbsi şok effekti yaradacaq. Bildirilir ki, bu prosesdə iqtidar və müxalifət cəbhələrindən həbslərin davamı istisna deyil. Çünki latent şəkildə gedən danışıqlar olub və Mehdiyevə yaxın bəzi məmurlar da çevrilişə cəhd layihəsində iştirak ediblər.
 
Həsən Ağa