09 dekabr 2025
28

Məcnun Məmmədov idarə rəisini işdən çıxardı - Direktor əvəzi təyin etdi

 
Kənd Təsərrüfatı Nazirliyinin "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Abşeron Regional İdarəsinin rəisi işdən çıxarılıb.
Qaynarinfo-nun məlumatına görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müvafiq əmri ilə Abdullayev Mühasir İmam oğlu vəzifəsindən azad olunaraq, "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin direktor əvəzi təyin edilib.

Qeyd edək ki, ötən ay Abbasov Fəda Əli oğlu "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin direktoru vəzifəsindən azad olunmuşdu.