09 dekabr 2025
27

İsa Həbibbəylinin qohumu niyə güllələnib? – Yeni FAKTLAR

 
Xəbər verdiyimiz kimiMilli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin baldızı oğlu Nicat güllə yarasından həyatını itirib.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Nicat akademik İsa Həbibbəylinin himayəsində olub.
O, müəyyən müddət Naxçıvanda gömrük xidmətində işləyib.
Həmçinin 2008-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin İnkişafı Departamentində çalışıb.
Mərhumun 37-38 yaşlarında olduğu deyilir.
İlkin versiyaya görə, o özü həyatına son qoyub.