08 dekabr 2025
9

Orban sabah Türkiyəyə gedəcək


Macarıstan Baş naziri Viktor Orban sabah Türkiyəyə rəsmi səfər edəcək.
Yenimeydan.info xəbər verir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında baş tutacaq.Baş nazirin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak nəzərdə tutulur.
Səfər çərçivəsində Orban və Türkiyə rəsmiləri ikitərəfli münasibətlərin gücləndirilməsi, enerji, ticarət və regional məsələlər üzrə fikir mübadiləsi aparacaqlar. Həmçinin, ikitərəfli əməkdaşlığın hüquqi bazasını möhkəmləndirmək məqsədilə yeni müqavilələrin imzalanması gözlənilir.
Türkiyə və Macarıstan 2023-cü ildə gücləndirilmiş strateji tərəfdaşlıq elan edib və bu səfər əməkdaşlığın konkret addımlarla davam etdirilməsi baxımından önəm daşıyır.