06 dekabr 2025
4
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI
Dövlət Radiotezliklər İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 77 min 722 manat 77 qəpik olan tender müsabiqəsinin qalibi “Neosol” MMC (VÖEN - 3101071221) olub.
“Neosol” MMC Dövlət Radiotezliklər İdarəsinin sifarişi ilə bu quruma təsərrüfat malları satacaq.
Nizamnamə kapitalı 10 manat olan “Neosol” MMC-nin qanuni təmsilçisi Cəfərov Pərviz Saleh oğludur.
Məlumat üçün bildirək ki, “Neosol” MMC bu günə kimi çoxsaylı dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olub. Bu müsabiqələrdə diqqət çəkən məqamlardan biri odur ki, tender müsabiqələrinin dəyəri bəzi hallarda eyni, ya da qoşa rəqəmlərdən (“zerkalnı”) ibarət olur.
Həmin tender müsabiqələrindən bəzilərini təqdim edirik:
“Daşkəsən Dəmir Filizi” MMC-nin tenderi – 57 777,77 manat;
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tenderi – 23 222,22 manat;
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tenderi – 49 777,77 manat;
Zaqatala Rayon Mərkəzi Xəstəxanasının tenderi – 77 222,22 manat.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur (SİYAHI)

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI