05 dekabr 2025
11
Rusiyalı dənizçilər İran limanında girov saxlanılır
İranın Əmirabad limanında lövbər salmış gəmidə çalışan rusiyalı dənizçilər artıq bir neçə aydır sahilə çıxmalarına icazə verilmədiyini və əməkhaqlarının ödənilmədiyini bildirirlər.Yenimeydan.info Bakipost.az-a istinadən xəbər verir ki, ekipaj üzvlərindən birinin Rusiya mediasına verdiyi məlumata görə, dənizçilər altı ay əvvəl İran şirkəti ilə rəsmi müqavilə imzalayıblar.Sənədə əsasən, ekipaj dörd ay işləməli, beşinci ayda isə sahilə çıxaraq vətənə qayıtmalı idi. Lakin tərəflər işə başlayandan az sonra əmək haqqı ödənişlərində gecikmələr yaranıb.
Gəmi sentyabr ayında plan üzrə İranın Əmirabad limanına daxil olub. Bundan sonra şirkət komandanın sahilə çıxmasına qadağa qoyub.
Dənizçilər bildirirlər ki, gəmidə sağlamlıq problemləri səbəbindən bir vətəndaşın səhhəti pisləşib. Lakin İran şirkətinin rəhbərliyi indiyə qədər heç bir tədbir görməyib.
Ekipaj üzvləri nə maaş ala bilirlər, nə də gəmini tərk etmək imkanı var. Əvvəlcədən deyilmişdi ki, dekabr ayında növbə dəyişikliyi olacaq və onlar sərbəst buraxılacaqlar. Lakin hələlik heç bir irəliləyiş yoxdur.
Oxşar Xəbərlər:

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI