05 dekabr 2025
12
Müəllimlər 3 aydır pullarını ala bilmir: Naxçıvan təhsilində nə baş verir?
Ordubadın ucqar kəndlərinə gedən müəllimlər 3 aydır qanuni həvəsləndirmə pulunu ala bilmirlər.Yenimeydan xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” səhifəsi məlmat yayıb.
Məlumatda deyilir ki, bu müəllimlər əsasən Naxçıvan şəhərindən rayonun Kələki, Dırnıs, Unus və digər kəndlərində işləmək üçün gələnlərdir. Müəllimlər bildiriblər ki, rayon Təhsil Şöbəsi vəsaitin verilməməsini maliyyə çatışmazlığı ilə izah edib.
Həvəsləndirmə vəsaiti rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ucqar məktəblərə gedən pedaqoqlara ödənilməlidir. Müəllimlərin sözlərinə görə, onların dərs dedikləri bəzi kəndlər bu məsafəni 2–3 dəfə aşır.
Müəllimlərdən R.C. deyir ki, maaşının böyük hissəsini gündəlik yol və qalma xərcləri aparır: “Məsafəyə görə almalı olduğumuz 90 manat 3-cü aydır ödənilmir. Hər dəfə deyirlər ki, ‘büdcədə pul yoxdur’. Mən 658 manat maaşla dolanıram. O 90 manat da bizə çox kömək edir. Gözləyirdik ki, bu ay verərlər. Maaşlar yenə yüklənib, lakin 90 manatlıq əlavə yenə ödənilməyib. Bizim də ailəmiz, uşağımız var. Maaşın bir hissəsini yola, 5 gün kənddə qalmağa xərcləyirik. Hər gün problemlərimiz artır. Hər şeyə pul tapırlar, müəllimin qanuni pulunu verməyə pul tapa bilmirlər.”
Digər müəllim S.M. isə sentyabr ayı üzrə alacaqları məbləğin yarısının kəsildiyini deyir: “Avqustun 27-dən işə başlamışıq, amma sentyabr üçün nəzərdə tutulan 90 manatın yalnız 45 manatı ödənib. Dərs olmasa belə biz məktəbə gedirik. Niyə sentyabr ayı tam verilmir? Niyə 3 aydır yol pulumuzu ala bilmirik? Belə getsə, deyəsən ümumiyyətlə verməyəcəklər. Biz yola, qalmağa maaşımızdan xərcləyirik.
Bu problem tək mənlik deyil, şəhərdən kəndlərə gedən bütün müəllimlərə aiddir. Bəziləri üçün bu məbləğ kiçik görünə bilər, amma bölgələrdə çalışan müəllimlər üçün ciddi dəstəkdir. Dəfələrlə şikayət etmişik. Kimsə bizi düşünmür. Şikayətimizə baxan yoxdur.”
Müəllimlər hesab edirlər ki, gecikdirilən vəsait onların həm maddi vəziyyətinə, həm də iş rejiminə birbaşa təsir göstərir və problemin uzanacağı təqdirdə vəziyyət daha da ağırlaşacaq.
Fərda Uğur
Oxşar Xəbərlər:

Bağbanlıqdan idarə rəhbərliyinə: AAYDA-da özünü şah elan edən Məhəmməd Musayevin özbaşınalıqları

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI