04 dekabr 2025
16

Bu ölkə Ukraynaya SİLAH verməyəcək

   İtaliya ABŞ silahlarının Ukrayna üçün alınmasını nəzərdə tutan NATO proqramında (PURL) iştirak etməyəcək, çünki artıq sülh danışıqları başlayıb.
YeniMeydan.info xəbər verir ki, bu sözləri İtaliya xarici işlər naziri Antonio Tajani deyib.
“Əgər razılaşma əldə etsək və döyüşlər dayansa, silaha ehtiyac olmayacaq. Başqa şeylər lazım olacaq, məsələn, təhlükəsizlik zəmanətləri…”, – deyə Tajani bildirib.
“Blumberq” nəşri isə qeyd edir ki, bu açıqlamalar İtaliya hökumətinin Ukrayna ilə bağlı strategiyasında dəyişiklik olduğunu göstərir. Bu, həm ölkənin öz büdcə problemləri, həm də hakim koalisiya daxilində gərginlik fonunda baş verir:
“Tajaninin bu açıqlamaları Avropanın əsas müdafiə lobbi təşkilatı – Aerokosmik, Təhlükəsizlik və Müdafiə Sənayesi Assosiasiyasının mövqeyi ilə ziddiyyət təşkil edir. Assosiasiya çərşənbə axşamı xəbərdarlıq etmişdi ki, Ukraynada atəşkəs perspektivinə baxmayaraq, qitə müdafiə məhsullarının istehsalını artırmağa davam etməlidir”.