03 dekabr 2025
16

Ermənilər bizi vəhşicəsinə qovanda Ramiz Mehdiyev deyirdi ki… – Sabiq deputat

  1988-ci ildə erməni barbarları bizi doğma torpaqlarımızdan vəhşicəsinə qovanda Ramiz Mehdiyev efirdən deyirdi ki, Ermənistanda azərbaycanılara qarşı heç bir təhdid yoxdur, iki nəfər bir-birini döyüb.Tribuna xəbər verir ki, bu sözləri sabiq deputat Etibar Əliyev hazırda ev dustağı olan Ramiz Mehdiyevlər bağlı danışarkən deyib. E.Əliyev əlavə edib ki, R. Mehdiyevin televiziya vasitəsilə dediyi o sözlərin video görüntüsü AzTV-nin arxivində də var:
“Bir sirri yaddaşımın köməyi ilə mən də açım. 1988-ci ildə erməni barbarları bizi doğma torpaqlarımızdan vəhşicəsinə qovdular. Ağ-qara göstərən televizora Ramiz Mehdiyevi çıxarmışdılar. İndiki kimi onun dedikləri yadımdadır: “Ermənistanda azərbaycanılara qarşı heç bir təhdid yoxdur. Biz öyrəndik ki, mübahisə zəminində iki nəfər bir-birini döyüb”.
Bunu o vaxt demişdi ki, doğulduğum Vedi rayonunun Şirazlı kəndinin camaatı evlərindən qovulmuşdu, Araz qırağına toplaşmışdı. Kəndimizin ağsaqqal seyidi Mirbağır ağa və bir neçə nəfər vəhşicəsinə öldürülmüşdü. Qərbi Azərbaycanın digər rayonlarında da insanlara divan tutmuşdular.
Enveroviçi televiziyaya Əbdürrəhman Vəzirov çıxarmışdı. AzTV-nin arxivində onun çıxışı qalmalıdır”.
Gülşən Rəsul