01 dekabr 2025
22
Hikmət Hacıyev: Rəsmi Bakı sanksiyalar məsələsində ayıq-sayıqdır
Azərbaycan 2022-ci ildən bəri humanitar yardım, yenidənqurma işlərində iştirak, ukraynalı uşaqların reabilitasiyası da daxil olmaqla, Ukraynaya 40 milyon dollardan çox dəstək göstərib.YeniMeydan.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today"ə müsahibəsində bildirib.Onun sözlərinə görə, ukraynalı uşaqların reabilitasiya proqramı davam edir.
Hikmət Hacıyev Azərbaycanın Ukrayna münaqişəsinin hərbi komponentində iştirak etmədiyini və gələcəkdə də etməyəcəyini vurğulayıb.
Hikmət Hacıyev sanksiyalar məsələsində rəsmi Bakının ayıq-sayıq olduğunu bildirib və Azərbaycanın Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsi ilə bağlı iddiaları təkzib edib.
Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan və Rusiya arasında ticarət həcmi də 2022-ci ildən bəri ciddi şəkildə artmayıb.
Hikmət Hacıyev Ermənistanın Rusiya ilə ticarət həcminin artmasına diqqət çəkib və bu ticarətin yeni sənayə məhsullarına əsaslanmadığını və “yenidən ixrac edilmə” olduğunu vurğulayıb.
“Ermənistan “Mercedes” və ya “Apple” istehsal etmək qabiliyyətində deyil”, - Prezidentin köməkçisi qeyd edib.
Oxşar Xəbərlər:

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Fotolar
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur

PA-nın Vətəndaş Qəbulu Mərkəzində noyabrda vətəndaşların qəbulu cədvəli AÇIQLANDI

Prezident əfv sərəncamı imzaladı – SİYAHI