01 dekabr 2025
22
Əli Kərimli bu cinayətdə ittiham olunur -AXCP SƏDRİ TƏQSİRLƏNDİRİLƏN ŞƏXS ELAN OLUNACAQ
AXCP sədri Əli Kərimli ağır cinayətdə ittiham olunurDövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli Cinayət Məcəlləsinin 278.1 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddəsi ilə şübhəli şəxs qismində tanınıb.
Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi xəbərə görə, AXCP sədrinin ifadəsi alınıb və böyük ehtimalla o bugün təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunacaq.
Qeyd edək ki, Əli Kərimlinin ittiham olunduğu maddəyə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Qeyd edək ki, Əli Kərimli PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.
Oxşar Xəbərlər:

Ramiz Mehdiyevi dövlətə xəyanətə sürükləyən 3-5 milyardlıq sərvəti – “Boz kardinal”ın istintaq sirləri

Ramiz Mehdiyevin xəyanət şəbəkəsində kimlər var? - Adlar

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - “Mehdiyev işi”nin DETALLARI

Çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən ermənilərin ittiham aktının nəticəvi hissəsinin elanı başa çatdı

Prezident əfv sərəncamı imzaladı – SİYAHI