29 noyabr 2025
35
“Sabah FMC” MMC-nin binasında 15 mərtəbədə əlavə tikintiyə hansı məmur icazə verib? -VİDEO
Yaşayış binasının damında qanunsuz mansard tikildiyi iddia edilir.Söhbət Zahid Xəlilov 107 ünvanın yerləşən “Sabah FMC” MMC-yə məxsus 15 mərtəbəli yaşayış binasından gedir. Sakinlərin iddialarına görə, binanın damında layihədənkənar tikinti işləri aparılıb. Bu zaman da havalandırma sisteminə və liftin şaxtasına müdaxilə edilib. Bu da təhlükə yaradır.
Sakinlər deyirlər ki, narazılıqlarını bina rəhbərliyinə dəfələrlə bildirsələr də, heç bir nəticəsi olmayıb.
Binanın məxsus olduğu “Sabah FMC” MMC-dən “Xəzər Xəbər”ə bildirildi ki, tikili əvvəlki rəhbərliyin dönəmində inşa edilib. Hazırkı iddialarla bağlı isə əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib və hər hansı bir təhlükə aşkar etməyiblər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Qurumdan “Xəzər Xəbər”ə bildirildi ki, qeyd edilən ünvana nazirliyin mütəxəssisləri baxış keçiriblər. Hazırda araşdırma davam etdirilir və nəticəsi barədə məlumat veriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Oxşar Xəbərlər:

FHN-in Əsaslı Tikinti İdarəsi ilə “AZƏRİ BİZNES” MMC 7 aydır yerində sayır –Nədə razılaşa bilmirlər?
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Sumqayıtda sakinlərin “CAN BAZARI”: FACİƏ QAÇILMAZDIR

Zahid Niftəliyevə milyonlarla kredit necə ayrılıb? -MƏHKƏMƏ

«TRI KORONA»NIN DIREKTORU QOÇU DƏSTƏSI SAXLAYIR?