27 noyabr 2025
32
Roma Papası çoxarvadlılıqla bağlı fərman imzaladı
Katoliklərə poliqamiya və polyamoriya qadağan edildiRoma Papası Lev XIV katoliklik ardıcıllarının eyni anda bir neçə insanla evlənməsinə və intim münasibətlər qurmasına qadağa qoyan fərmanı imzalayıb.
Yenimeydan.info xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Çoxarvadlılıq və polyamoriya məsələsi 2023 və 2024-cü illərdə Vatikanın təşkil etdiyi iki sammitdə müzakirə olunub. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə kardinal və yepiskop bu tədbirlərdə iştirak edib. Müzakirələrin əsas səbəbi Afrikada poliqamiyanın geniş yayılması və Qərb ölkələrində polyamoriyanın populyarlaşması olub.
Vatikan yekun qərarında bildirib ki, kilsənin mövqeyində dəyişikliyə ehtiyac yoxdur. Katolik kilsəsi əvvəlki kimi hesab edir ki, evlilik yalnız bir kişi və bir qadın arasında ola bilər — özü də bir dəfə və ömürlük. Fərmanda qeyd olunur:
“Evlilik eyni ləyaqətə və bərabər hüquqlara malik iki insan arasında qurulan birlik olduğuna görə, bu birlik mütləq eksklüzivlik tələb edir.”
İmran Kərimli
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...
İlham Rəhimovla Rəbiyyət Aslanovanın evliliyi niyə cəmi 6 ay sürdü?

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Putinin Bakıda ziyarət etdiyi kilsə haqda mühüm fakt
“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ