26 noyabr 2025
49
Bakıxanov qəsəbəsində uşaq meydançasının yerində bina tikiləcək? (VİDEO)
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Novruz Novruzov və Axundzadə küçələrinin kəsişməsində meydança ərazisinin tikinti şirkəti tərəfindən zəbt olunaraq bina inşa olunacağı deyilir.Yenimeydan.info Xəzər TV-yə istinadən xəbər verir ki, ərazidə bünövrə qazılıb və xətlənib.
Sakinlər iddia edirlər ki, uşaqların oyun meydançası olan ərazini kənar şəxslər zəbt ediblər.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, ərazi xüsusi mülkiyyətdir. Buna baxmayaraq, araşdırmalara başlanılıb, sakinlərin müraciəti əsasında qazıntı işləri dayandırılıb.
Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən bildirilib ki, ərazinin çıxarışı var.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib ki, sakinlərdən daxil olan müraciət əsasında mülkiyyətçinin apardığı işlər dayandırılıb. Hazırda məsələ araşdırılır və nəticələrinə uyğun olaraq aidiyyəti qurumlar uyğun addım atacaq.
Sözügedən ərazinin mülkiyyyətçisi Süleyman Səmədoğlu deyib ki, həmin ərazidə bina yox, fərdi yaşayış evinin tikintisi nəzərdə tutulur.
Oxşar Xəbərlər:

BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ

Prezident əfv sərəncamı imzaladı – SİYAHI