22 noyabr 2025
103

General-polkovnik Vilayət Eyvazov bu ölkədə saziş İMZALADI

 Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov noyabrın 21-də Gürcüstana səfər edib.
Yenimeydana DİN Mətbuat Xidmətindən bildirilib ki, nazir Vilayət Eyvazov Tbilisidə Gürcüstanın daxili işlər naziri Geka Geladze ilə görüşü olub.
Görüşdə ölkələrin Daxili İşlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.
Səfər çərçivəsində nazirliklər arasında qarşılıqlı informasiya mübadiləsi, əməkdaşlıq və birgə təhlükəsizlik tədbirlərinə dair saziş imzalanıb.