20 noyabr 2025
93

Mirzoyan Hakan Fidana CAVAB VERDİ

     Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə XİN rəhbəri Hakan Fidanın münasibətlərin normallaşması ilə bağlı bəyanatına cavab verib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
O bildirib ki, Ermənistan üçün həm Türkiyə ilə sərhədlərin açılması, həm də Azərbaycanla sülhün institusionallaşması vacibdir və bu proseslər bir-birindən asılı deyil.
Mirzoyanın sözlərinə görə, əksinə, Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan-Azərbaycan prosesinə müsbət təsir göstərə bilər.
Nazir həmçinin Vaşinqton görüşündə nəqliyyat dəhlizi üzrə əsas prinsiplərin razılaşdırıldığını və TRIPP marşrutunun region ölkələrini birləşdirəcəyini qeyd edib.