19 noyabr 2025
83

Prezidentdən Kamran Əliyevlə bağlı - Sərəncam

 Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamran Bayram oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Yenimeydan.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, noyabrın 18-i baş prokuror Kamran Əliyevin 60 yaşı tamam olub.