19 noyabr 2025
65
Dövlət qurumu 8 milyon manatlıq 90 ədəd avtomaşın aldı - TENDER NƏTİCƏSİ
“Regional Su Meliorasiya Xidməti” Publik Hüquqi Şəxsi qəza bərpa nəqliyyat vasitələrinin satın alınması üzrə tenderin nəticələrini açıqlayıb."DİA-AZ" xəbər verir ki, satınalma qəza bərpa nəqliyyat vasitələrinin alınması məqsədilə həyata keçirilib.
Satınalmanın qalibi “Az-Tex-Import” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə bağlanmış müqavilənin ümumi dəyəri 7 milyon 859 min 799 manat 81 qəpik təşkil edir.Ehtimal olunan qiymət isə 9 milyon 948 min 750 manatdır.
Şirkət daha öncə 7 milyon 480 min 855 manat dəyərində “Naxçıvan Yol Təchizat” MMC maşın və mexanizmlərin satın alınması ilə bağlı tenderin qalibi olub.
Qeyd edək ki, “Az-Tex-İmport” MMC2017-ci ildə yaradılıb, nizamnamə kapitalı 226 010 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlkin İbadullayev Sahib oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Telnov, ev 2347/48, m.290 ünvanında yerləşir.
Oxşar Xəbərlər:

726 min manatlıq vergi borcu olan “AZ-TEX-IMPORT” HOQQA VERİR - 20 gündə 9.171.445,8 AZN və ...

Abit Əliyevin rəhbərlik etdiyi “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC kimə və nəyə xidmət göstərir -İLGİNC FAKTLAR
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...

Yeni Dövlət Xidməti yaradıldı - Fərman

Prezident əfv sərəncamı imzaladı – SİYAHI