18 noyabr 2025
58
Mövcud məhdudiyyətlərlə bağlı növbəti – Açıqlama
Məlum olduğu kimi, bir neçə saatdır yerli saytların işində bir sıra problemlər yaranıb.Yenimeydan xəbər veriri ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti problemlə bağlı açıqlama yayıb:“Cloudflare” antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətində yaranmış fasilə ilə bağlı bildiririk ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılmış monitorinq nəticələrinə əsasən, sözügedən dayanmanın AzStateNet şəbəkəsinə və GOV.AZ zonası domenlərinə hər hansı təsiri qeydə alınmayıb”.
Bildirilib ki, təhlükəsizliyi XRİTDX tərəfindən təmin olunan dövlət informasiya ehtiyatları və AzstateNet şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək 24/7 monitorinq olunur:
“Cloudflare” kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir”.
Oxşar Xəbərlər:

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Ölkədə 4 milyard dollarlıq kapital axını - Pul haradan gedib?
Hesablama Palatasının BDU-da aşkarladığı nöqsanlar açıqlanıb

Prezident əfv sərəncamı imzaladı – SİYAHI