18 noyabr 2025
49

Gəncə Avtomobil Zavodu FHN-ə bir yanğınsöndürən maşını 468 min manata satacaq

 

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Avtomobil Zavodu ilə nəhəng alqı-satqı müqaviləsi bağlayıb.

İqtisadiyyat.az xəbər verir ki, müqavilədə 10 ədəd yanğınsöndürən avtomobil texnikasının alqı-satqısı nəzərdə tutulub.
Məlumata görə, yanğınsöndürən maşının birinin satış qiyməti 468 min manat müəyyənləşib.
Beləliklə, FHN10 ədəd yanğınsöndürən avtomobil texnikasının satın alınmasına görə Gəncə Avtomobil Zavoduna 4 680 286 manat ödəyəcək.