17 noyabr 2025
137

Rusiya Kupyanskda nəzarəti İTİRİR

  Rusiya ordusu Xarkov bölgəsindəki Kupyansk üzərində nəzarəti tədricən itirir.
Yenimeydan  xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Birləşmiş Qüvvələr Qrupunun rabitə şöbəsinin rəisi Viktor Trequbov bildirib ki, şəhərdəki vəziyyət mürəkkəb logistika səbəbindən hər iki tərəf üçün çətindir.
Trequbov qeyd edib ki, şəhərdə birbaşa yerləşən rus bölmələri sursat və bəzən ərzaqla təchiz olunmaqda çətinlik çəkir. Lakin ukraynalıların logistikasının daha yaxşı olduğunu vurğulayıb.
O, Putinin Kupyansk istiqamətində “hər kəsin mühasirəyə alındığı” iddialarını təkzib edib:
“Bu, o vaxt baş verməyib və indi də baş vermir. Üstəlik, rusların şəhər üzərində, girdikləri və mövqelərini möhkəmləndirməyə çalışdıqları şimal ərazilərində nəzarəti tədricən itirməsi tendensiyası müşahidə olunur. Lakin effektiv əks tədbirlər nəticəsində onların sayı azalıb. Bu hələ qələbə deyil, davam edən bir prosesdir”.