13 noyabr 2025
102
Bu ölkədə ayı hava limanına girdi, hökumət hərəkətə keçdi
Yaponiyanın şimal-şərqində, İvate prefekturasında yerləşən Hanamaki hava limanında ayının uçuş-enmə zolağına girməsi nəticəsində uçuşlar müvəqqəti olaraq dayandırılıb.“Qafqazinfo” xəbər verir ki, bu barədə NHK-nin məlumatında deyilir.
Bildirilib ki, hadisə yerli vaxtla saat 13:00 radələrində baş verib. Təhlükəsizlik səbəbindən hava limanında bütün uçuşlar dayandırılıb. Ayının zolaqdan uzaqlaşdırıldığı təsdiqləndikdən sonra uçuşlar saat 14:30-da bərpa edilib.
Son aylarda Yaponiyada ayıların insan məskənlərinə yaxınlaşması və hücum halları artıb. Tokio hökuməti bu vəziyyətə qarşı tədbirlər çərçivəsində ölkənin şimalında, ayı hücumlarının daha çox qeydə alındığı Akita prefekturasına xüsusi qüvvələrin göndərilməsi qərarını verib.
Bundan əlavə, Yaponiya hökuməti 31 oktyabr tarixində ayı hücumlarının qarşısını almaq məqsədilə yeni lisenziyalı ovçuların işə götürülməsi planını açıqlayıb.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Prezident əfv sərəncamı imzaladı – SİYAHI