11 noyabr 2025
36
“Ərdoğan çox güclü ordusu olan böyük liderdir” – Tramp
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı böyük lider kimi xarakterizə edib.Bu barədə Yenimeydan.info xarici mətbuata istinadən xəbər verir.Donald Tramp Ərdoğanı çox güclü ordusu olan lider kimi xarakterizə edib. ABŞ lideri Suriyadakı vəziyyətlə bağlı şərh verərək, Türkiyənin vacib roluna diqqət çəkib: “Prezident Ərdoğan böyük liderdir və Suriyadakı hadisələrə əhəmiyyətli dərəcədə təsir göstərir”.
Ağ Ev rəhbəri rəsmi Ankaranın Suriyada baş verən proseslərdəki mühüm rolunu vurğulayıb. ABŞ lideri deyib ki, Vaşinqton prosesi dəstəkləyir.
Tramp Hindistandan da danışıb: “Hindistan dünyanın ən qədim sivilizasiyalarından birinə ev sahibliyi edir, hətta dünyanın ən böyük ölkəsidir. Əhalisi 1,5 milyardı keçib. Məni hələ bəyənmirlər, amma bəyənəcəklər. Hindistana tətbiq etdiyimiz tarifləri endirəcəyik”.
ABŞ lideri vurğulayıb ki, o, Prezident olmazdan əvvəl dünya ölkələri Birləşmiş Ştatları soyurdu: “Mən səkkiz müharibəyə son qoymuşam, tezliklə doqquzuncunu da bitirəcəyik”.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezidentlər Birgə Bəyanat imzaladılar

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

Heydər Əliyev-Xalqimizin qəlbində əbədi heykəlini qoyduğu dahi şəxsiyyət

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO