09 noyabr 2025
38
"Mətanət A" şirkətində xeyli miqdarda pul necə yoxa çıxıb?
"Mətanət A” şirkəti əməkdaşını məhkəməyə verib.Teleqraf xəbər verir ki, şirkət ekspeditoru 40.715 manat mənimsəməkdə ittiham edib.
İddia ərizəsində qeyd olunub ki, H.Məmmədov satışdan əldə etdiyi, ümümilikdə 159297,37 manat nağd pul vəsaitinin 40.715,95 manatını mənimsəyib.
Təqsirləndirilən şəxs isə məhkəmədə ifadəsində bildirib ki, audit yoxlaması nəticəsində aşkar edilmiş çatışmazlıq kimi olan pul vəsaitinin təxminən 2000.0 manatını xəzinəyə ödəməyib. O, bunu səbəbini pandemiya dönəmində maddi vəziyyətinin aşağı olması ilə, həmin vaxtlarda şirkət tərəfindən maaşlarının ödənilməməsiylə izah edib.
Nərimanov Rayon Məhkəməsi H.Məmmədovun ifadəsini özünə bəraət qazandırmaq kimi qiymətləndirib. Şirkətə xeyli miqdarda ziyan vuran H.Məmmədovun azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.
Qeyd edək ki, "Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirovdur.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Şəkinin Kiçik Dəhnə kəndi Rusiyanın kriminal qanunları ilə idarə olunur!-Dövlətə meydan oxuyan qardaşların arxasında kimlər dayanır?

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

“Mətanət-A” ilə keçmiş direktoru arasında qalmaqal davam edir