09 noyabr 2025
34
AMEA müqəddəs yerdir: İMKAN VERİN, YESİNLƏR... - ETİRAZ VAR!
""AMEA müqəddəs elm ocağıdır, 80 illik yubileyidir. Hamı bu ocağa müqəddəs gözüylə baxmalıdır"- 3 milyon mənimsəmə faktını müqəddəsliklə ört-basdır etməyə çalışmaq.""AzTV"-ni belə gözdən salmaq yaxşı davranış sayıla bilməz"- 26 milyon vəsaitin taleyi sorğulananda verilən cavablardan biri."Hələ utanmırsız xalq yazıçıdan soruşursuz pullar hara xərclənib? Özün ölmürsən utanmıxdan?" - AYB-də tədbir üçün ayrılan yüz minlərin xərclənməsi haqqında jurnalistin sualına aqressiya..."
"DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib.
O daha sonra davam edir: "Bəli, sorğulamayın onları! İmkan verin xalqın son tikəsini də mənimsəsinlər, körpələrimizin, yeniyetmə və gənclərimizin, ahıllarımızın haqlarını yeyib Azərbaycan ailələrini səssizcə tələf etsinlər, dövləti böyrü üstə qoysunlar, özü də həyasızcasına vətənpərvərlik, dövlətə, rəhbərə sədaqət nəğmələri oxuya-oxuya...
Bəs bilmirsinizmi ki, beynini piy basmış o harınlar bu dünyaya haqq yemək üçün göndəriliblər?! Ona görə də ayıbdır, bir də onları sorğulamayın, həzər qılın!
İçində, çölündə edilən həyasızlıqlara dözüb sinə gərən o inzibati binalara heyranam! Allah o daşlara daş hövsələsi verib, inanın, qəzəb və hiddətdən uçardılar belələrinin başlarına və hayqırardılar ki, bəsdirin, adımızla manipulyasiya etdiniz..."
Oxşar Xəbərlər:

Azərbaycanda bu institutlar birləşdirilir – Prezident sərəncam imzaladı

Qusarın yeni millət vəkili Rəşad Aslanov olacaq…..-Düztahir kəndinin sakinləri…-Video-Foto
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...
AMEA-da yüksək vəzifə tutan millət vəkilləri - SİYAHI

Prezident əfv sərəncamı imzaladı – SİYAHI