05 noyabr 2025
77
“Zəngəzur və “Şimal-Cənub” dəhlizləri rəqib olmayacaq”
“Zəngəzur dəhlizi və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi bir-birinə rəqib olmayacaq”. Yenimeydan.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Moskvada MDB Təhlükəsizlik Şuraları katiblərinin görüşündən sonra jurnalistlərə bildirib.“Hesab edirəm ki, bu yollar Azərbaycanın öz rayonları ilə birləşməsi və ölkələr arasında ticarət üçün nəqliyyat dəhlizlərinin yaradılması baxımından zəruridir”, – o qeyd edib.
Şoyqu “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin ən uzaq Cənub limanlarını Şimal Buzlu Okeanı, Şimal dəniz yolu ilə birləşdirdiyini xatırladıb.
“Mən bunda pis heç nə görmürəm. Rəqabət söhbəti yoxdur”, – o vurğulayıb.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Putinin Bakı səfərinin MÜHÜM DETALLARI... - TƏFSİLAT
Zəngəzur yolu “divlərə” qaldı? - NƏ BAŞ VERİR?
Zəngəzur dəhlizi: QAÇILMAZ AQİBƏT... - Ekspert danışır