05 noyabr 2025
66
Daha bir başçı Ramiz Mehdiyevin adamı imiş - Təfərrüat
Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vaxtilə yüksək vəzifəyə yerləşdirdiyi məmurların əksəriyyəti hələ də vəzifədə qalırlar.AzFakt.com-un əldə etdiyi məlumata görə Ramiz Mehdiyevin çevrəsinə daxil olan məmurlardan biri də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovdur.
Vüqar Novruzovun atası Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovun Ramiz Mehdiyevlə həmyerli və qohumluq əlaqələrinin olduğu deyilir.
Vahid Novruzovun 1996-cı ildə Auditorlar Palatasının sədri vəzifəsinə gətirilməsi və indiyədək də bu vəzifədə qalmasında Ramiz Mehdiyevin rolu olub.Qeyd edək ki, Vüqar Novruzov 2019-cu ildən Naftalan Şəhər icra hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Bu illər ərzində regionun ən tanınmış tibbi kurort şəhərlərindən olan Naftalanın sosial həyatında, eyni zmaanda iqtisadi inkişafında ciddi nailiyyət müşahidə olunmayıb.
Xatırladaq ki, barəsində qətimkan tədbiri seçilən Ramiz Mehdiyev hazırda ev dustaqlığı şəraitində saxlanılır.
Oxşar Xəbərlər:

Ramiz Mehdiyevin xəyanət şəbəkəsində kimlər var? - Adlar

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - “Mehdiyev işi”nin DETALLARI
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Prezident əfv sərəncamı imzaladı – SİYAHI