04 noyabr 2025
82
Buğda yüklü qatar Azərbaycandan keçib Ermənistana getdi – FOTO,VİDEO
Prezident İlham Əliyevin Qazaxıstanda verdiyi bəyanata uyğun olaraq, Azərbaycandan tranzit keçməklə buğda yüklü qatar Ermənistana gedib. Yenimeydan.info “apa.az”a istinadən xəbər verir ki, noyabrın 4-də saat 00:15-də Rusiyadan Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.




Oxşar Xəbərlər:

Kərə yağı Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Qiymət 35% bahalanıb
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

DEPUTAT ŞAD XƏBƏR RƏSMƏN ELAN ETDİ: Azərbaycan bu tarixdən quru sərhədləri AÇIR

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…