03 noyabr 2025
62
Bakıda bu məktəbdə müəllimlər dərsə girmədilər - Kütləvi narazılıq
Bu gün Bakının Xətai rayonunda yerləşən 147 saylı məktəb-liseydə müəllimlər kütləvi şəkildə dərsə girməyiblər.Yenimeydan.info manset.az-a istinadən məlumatına görə, narazılığa səbəb Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən 147 saylı məktəbə direktor kimi təyin olunmasıdır.
Məktəbin müəllimləri tərəfindən bildirilir ki, son 5 il ərzində direktor vəzifəsini icra edən (direktor əvəzi) Vüsalə xanımın rəhbərliyi dövründə məktəbin göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Müəllim kollektivi bu qəfil dəyişiklik qərarını ədalətsiz hesab edərək təyinatla bağlı narazılıqlarını bildiriblər. Nəticədə onlar tədris prosesinə qatılmayıblar və dərslər bu səbəbdən boş keçib.
Oxşar Xəbərlər:
Bakıda “kitayski” lisey – ,,ŞAKAYA PUL LAZIMDIR":Elçin Məmmədov mühüm təhsil ocağını bazara çevirib

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

Qarabağda ev alıb kirayə verənlərə hüquqşünasdan XƏBƏRDARLIQ

Bakının 251 saylı orta məktəbində müəllim şagirdi döydürdü –ŞOK OLAY

Bakının 251 saylı orta məktəbində müəllim şagirdi döydürdü –ŞOK OLAY