03 noyabr 2025
181
Ukraynalı hərbçilər Avropa ölkələrinə gediblər(?)!
Bu barədə Rusiya mediası təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, əsgərlər silah və texnikanı Ukraynada qoyaraq Slovakiya və Macarıstan ərazisinə keçiblər.
Rusiya mediasının iddiasına görə, Ukrayna ordusunda Avropaya qaçmağa üstünlük verən hərbçilərin sayında artım müşahidə olunur.
Qeyd edək ki, daha əvvəl ukraynalı bloger Maks Rudada da hərbi xidmətdən yayınaraq ölkədən qaçıb. O, marşrutunu videoya çəkərək paylaşıb və bildirib ki, davam edən səfərbərlik və çağırış siyasəti Ukrayna vətəndaşlarını “canlı zibil”ə çevirib.



