03 noyabr 2025
45
TƏBİB xəstələri sortlara bölüb? - BU NƏ YANAŞMADIR?
"TƏBİB, təcili yardım 1 saatdan çoxdur ki, gəlmir. Bu, sadəcə bir gecikmə deyil, insan həyatına biganəlikdir... "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Anar Yusifoğlu qeyd edib.Bildirək ki, son zamanlar səhhətində ciddi problemlər yaşayan həmkarımız bu dəfə təcili tibbi yardım xidmətinin yarıtmaz və absurd yanaşma tərzindən giley edir.
O yazır: "Telefonun o başında “bıçaqlanma təcili yardım, temperaturun 40 olması təxirəsalınmaz yardımdı” deyən operatorun səsi isə yanaşmanın göstəricisidir. İnsanı “prioritet siyahısı”na salmaq olmaz.
Hər bir çağırış bir SOS siqnalıdır.
Təcili yardımın adı “təcili”dirsə, bu, sürət, diqqət və məsuliyyət demək deyilmi? Bu gün deyilən “boş olanda gələcək” cümləsi ilə insan taleyi arasında məsafə yaranmırmı?"
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Sosial (Bu gün, 17:49) "Vüqar Qurbanov təcili yardımı çökdürüb..." - Sabiq baş həkimdən şok ittihamlar
TƏBİB təcili yardımın ləğv olunmasının səbəbini açıqlayıb

Diqqət! Bu gündən xaricdən gətirdiyiniz telefona görə 36 faiz rüsum ödəyəcəksiniz