01 noyabr 2025
75
Ukraynaya uzaqmənzilli “Tomahawk” qanadlı raketləri verilə bilər...

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya uzaqmənzilli “Tomahawk” qanadlı raketlərinin verilməsinə razılıq bildirib. Lakin yekun siyasi qərarın prezident Donald Tramp tərəfindən veriləcəyi bildirilir.
Yenimeydan.info: Bu barədə CNN mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Pentaqon raketlərin Ukraynaya ötürülməsinin ABŞ-ın müdafiə ehtiyatlarına mənfi təsir göstərməyəcəyini müəyyən etdikdən sonra Ağ Evə “yaşıl işıq” yandırıb.
Telekanal qeyd edib ki, Pentaqonun bu nəticəsi barədə prezident administrasiyası hələ oktyabr ayında, Tramp və Ukrayna lideri Zelenski arasında görüşdən əvvəl məlumatlandırılıb.
Avropa rəsmiləri bu qərarı alqışlayıblar. Onların fikrincə, artıq Ağ Evin raketlərin satışına qarşı çıxmaq üçün daha az səbəbi qalıb. Lakin CNN-in məlumatına əsasən, Tramp Zelenski ilə görüşün açıq hissəsində “ABŞ öz ölkəsinin müdafiəsi üçün lazım olan silahları başqasına vermək istəmir” sözləri ilə müşahidəçiləri təəccübləndirib.
Mənbə bildirir ki, administrasiya prezidentin əmri olduğu təqdirdə “Tomahawk” raketlərinin Ukraynaya tez bir zamanda göndərilməsi planlarını da hazırlayıb.
Hazırda nə Ağ Ev, nə də Pentaqon məsələ ilə bağlı rəsmi şərh verməyib.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Salyanda 43 yaşlı kişi məktəbli qızı qaçırdı: “Anası oğlunun evə daim qız gətirdiyini dedi” – TƏFƏRRÜAT
“Oval kabinet qalmaqalı” Avropanı ABŞ-dan qopartdı:Tramp-Putin sövdələşməsi “legitim”liyini itirdi

COP29 gündəliyi - 18.11.2024

Prezident əfv sərəncamı imzaladı – SİYAHI