31 oktyabr 2025
139
Balakənin keçmiş icra başçısı bu cinayətlərdə ittiham olunur – Qərar verildi
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılan Balakənin sabiq icra başçısı İslam Rzayev məhkəməyə çıxarılıb.Yenimeydan.info-nun məlumatına görə, istintaq orqanı külli miqdarda mənimsəmədə və təkrar rüşvət almaqda təqsirləndirilən şəxsin həbs edilməsini istəyib.Səbail Rayon Məhkəməsi cinayətin ağırlığını, həmçinin istintaqın gedişatına ehtimal olunan təsiri nəzərə alaraq vəsatəti təmin edib.
Qərara əsasən İ.Rzayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb.
Qeyd edək ki, dünən Prezident İslam Rzayevi Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.
“Qafqazinfo
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Hakim Ülviyyə Şükürovanın YEKUN MƏHKƏMƏ AKTI: AR CPM-nin 293.1. və 293.3.7 maddələri –HA-HA-HA SAVADSIZLIQ, YOXSA SAXTAKARLIQ?!

Bu vəzifəli şəxslər həbs olundu - Rəsmi

Nəcməddin Sadıkov və Dəyanət Quliyevə ittiham – 24 milyonluq mənimsəmə…

Prezident əfv sərəncamı imzaladı – SİYAHI