30 oktyabr 2025
93
Bu xəbərdən sonra “Bolmart”ın rəhbəri gecə ilə dəyişdi – FOTO
“Bolmart” marketlər şəbəkəsi haqqında yayılan xəbərlərdən sonra şirkətin rəhbəri dəyişib.Yenimeydan.info Teleqraf-a istinadən xəbər verir ki, bu gün şirkətə Bəhruz Şahin oğlu Əhmədov yeni rəhbər təyin edilib.Buna qədər isə sözügedən vəzifədə Ramil Əşrəf oğlu Məmmədov idi.
Maraqlıdır ki, hazırda rəsmi qanuni təmsilçi Bəhruz Əhmədov olsa da, yayılan xəbərlərlə bağlı bu gün keçirilən mətbuat konfransında Ramil Məmmədov özünü media nümayəndələrinə icraçı direktor kimi təqdim edib.
Qeyd edək ki, ötən gün “Bolmart” mağazalar şəbəkəsinin Səməd Vurğun 60 ünvanında yerləşən mağazası fəaliyyətini dayandırıb.
Onu da əlavə edək ki, “Bolmart”ın sahibi Azərbaycana qarşı iqtisadi təxribatlarda ittiham olunan Adnan Əhmədzadədir. O, eyni zamanda “Rahat Market”, “Port Baku Bazar” market şəbəkələrinin də sahibidir.

Oxşar Xəbərlər:

Adnan Əhmədzadəyə aid “Bolmart”da əməliyyat
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...
.jpg)
ÖLKƏ MEDİASININ YARISI ƏHMƏDZADƏNİN HƏBSİ HAQDA YAZMADI... –Şok səbəblər

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI