30 oktyabr 2025
57

Saxlanılan icra başçısının qızı hakimdir - Foto



Dövlət Təhlükəsizliyi Xidmətinin Balakən Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat çərçivəsində saxlanılan rayonun icra başçısı İslam Rzayevin qızı Fəridə Rzayeva Suraxanı Rayon Məhkəməsinin hakimidir.
Yenimeydan.info xəbər verir ki, S.Rzayeva 2023-cü ildə hakim təyin edilib, daha əvvəl isə vəkillik fəaliyyəti ilə məşğul olub.