30 oktyabr 2025
151
Rusiyada altı hava limanında uçuşlar dayandırıldı
Rusiyada bir sıra hava limanlarında təyyarələrin hərəkətinə məhdudiyyətlər tətbiq olunub. Bu limanlara Moskvanın Vnukovo və Domodedovo hava limanları, eləcə də Volqoqrad, Kaluqa, Saratov və Yaroslavl daxildir.Yenimeydan.info xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako yayıb.Məlumata görə, Vnukovo hava limanında məhdudiyyətlər Bakı vaxtı ilə saat 4:05-də, Domodedovo hava limanında isə 3:22-də qüvvəyə minib. Regional hava limanlarında oxşar tədbirlər isə 2:58-də tətbiq olunub. Korenyako bildirib ki, məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə zəruridir.
Xatırladaq ki, bundan əvvəl Moskva meri Sergey Sobyanin şəhərə doğru uçan dörd pilotsuz təyyarənin məhv edildiyini açıqlamışdı.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Rusiyanın bu hava limanları fəaliyyətini dayandırdı -SİYAHI

Moskvanın inadkarlığı və ya “bu, güclülük yox, cılızlıqdır” -ŞƏRH

Moskvaya növbəti PUA hücumu olub

Prezident əfv sərəncamı imzaladı – SİYAHI