29 oktyabr 2025
56
Bu kəndlərə növbəti köç karvanı yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən, bu gün yenidən qurulan Ağdərə rayonunun Həsənriz və Ağdam rayonunun Xıdırlı kəndlərinə növbəti köç karvanı yola salınıb.Yenimeydan.info xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun Xıdırlı kəndinə 91 ailə - 366 nəfər, Ağdərə rayonunun Həsənriz kəndinə isə 17 ailə - 83 nəfər köçürülüb.




