26 oktyabr 2025
83
İsrail Qəzzadakı atəşkəsi pozdu
İsrail ordusu elan edilmiş atəşkəs rejiminə baxmayaraq, Qəzza zolağının mərkəzində yerləşən Nusayrat qaçqın düşərgəsinə hücum həyata keçirib.“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, İsrail ordusu bölgədəki mülki avtomobili hədəf alıb. Hücum nəticəsində 4 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.İsrail Müdafiə Qüvvələri də hücumu təsdiqləyərək bildirib ki, əməliyyat “sarı xətt”in İsrailin nəzarətində olmayan hissəsində aparılıb. Ordunun açıqlamasına görə, hücumun hədəfi “İslami Cihad Hərəkatı”nın üzvü olub və həmin şəxs İsrailə qarşı hücum hazırlığında imiş.
Açıqlamada həmçinin ordunun “təhlükə hesab etdiyi” hədəflərə qarşı əməliyyatları davam etdirəcəyi vurğulanıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp oktyabrın 9-da Misirdə keçirilən danışıqlarda İsrail və HƏMAS arasında atəşkəs planının ilk mərhələsinin təsdiqləndiyini açıqlamışdı. Saziş 10 oktyabrda qüvvəyə minib və həmin gün saat 12:00-dan etibarən Qəzza zolağında atəşkəs elan olunub.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Tramp Qəzzanı buna görə boşaltmaq istəyir – Sensasion plan

Türkiyə və İsrail arasında:Azərbaycan körpü ola biləcəkmi?
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər