25 oktyabr 2025
76

Zəfər Günü münasibəti ilə konsert və atəşfəşanlıq olacaq


Bakıda Zəfər Günü münasibəti ilə konsert və atəşfəşanlıq olacaq

       Noyabrın 8-də Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq.
Bu barədə Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları - müğənnilər, rəqs kollektivləri çıxış edəcək. Konsertin sonunda atəşfəşanlıq olacaq.