25 oktyabr 2025
86
Kiyevdə partlayışlar oldu...
Ukraynanın paytaxtı Kiyevdə partlayışlar baş verib.
Bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko Teleqram kanalında paylaşım edib.
Kliçkonun sözlərinə görə, şəhərin Desnyan və Darnitsa rayonlarında qeyri-yaşayış binalarında güclü yanğınlar baş verib. Dnepr rayonunda isə yaşayış binaları zədələnib, pəncərələr qırılıb, avtomobillər yararsız hala düşüb, binalardan birinin həyətində krater əmələ gəlib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə həmin rayonda yerləşən uşaq bağçasının da hücumdan zərər çəkdiyini vurğulayıb.
Bildirilib ki, hücum nəticəsində 8 nəfər yaralanıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib.
Paytaxta zərbələr endirildikdən sonra Ukrayna Hərbi Hava Qüvvələri ölkənin bütün ərazisində ballistik hücum təhlükəsi barədə xəbərdarlıq edib.
Oxşar Xəbərlər:
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Zaporojye atəşə tutuldu -2 nəfər ölüb, 12 nəfər yaralanıb

Xarkovun kütləvi hücum zamanı yaralananların sayı 50-ni keçib, iki nəfər ölüb –YENİLƏNİB
Sumı sakinləri artıq “ölüm zonasını” tərk edirlər - Düşmən gülləsi altında yaşam

Kiyevə hücum: bir neçə bölgəyə raket parçaları düşüb, yaralı var (yenilənib)
