25 oktyabr 2025
72

NATO baş katibi: Rusiyanın pulu və qoşunları tükənmək üzrədir

 Vladimir Putin Ukrayna cəbhəsində ciddi irəliləyiş əldə etmir və onun hiyləgər təcavüzü üzündən yüz minlərlə rus ölür.
Bakupost.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

"Döyüş meydanındakı hadisələr göstərir ki, bizim Ukraynaya dəstəyimiz effektivdir və biz eyni ruhda davam etməliyik", - o qeyd edib.

Ruttenin fikrincə, Putinin “pulu, qoşunları və ideyaları tükənmək üzrədir” və Rusiya olduğu yerdə dayanmalıdır.