24 oktyabr 2025
65

Türkiyəyə Qəzza ilə bağlı QADAĞA

Türkiyə Qəzzaya əsgər göndərir - Parlament məsələyə baxacaq
Diplomatik müzakirələrdən sonra Yaxın Şərq müttəfiqləri Qəzza üçün beynəlxalq sabitləşdirmə qüvvələrinin formalaşdırılması üçün yeni parametrlər barədə razılığa gəliblər.
Yenimeydan.info: Bu barədə Ağ Evdən yayılan açıqlamada bildirilib.
“İsrail və ABŞ Türkiyə qüvvələrinin aktiv hərbi əməliyyatların bitməsindən sonra Qəzzada yerləşdirilməsi planlaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə daxil edilməməsini təmin edib”, - məlumatda deyilib.
Qeyd edək ki, Ankara daha əvvəl bu missiyada iştirak etmək üçün qoşunlarını göndərməyə hazır olduğunu bildirmişdi, lakin İsrail bu addıma qarşı çıxaraq Türkiyənin iştirakına veto qoymuşdu.