23 oktyabr 2025
74
Nazirlik 20 milyonluq sifarişi eyni şirkətə verdi - DETALLAR
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu 2 böyük tenderi yekunlaşdırıb.
"DİA-AZ" xəbər verir ki, tenderlər əsasən respublikanın təhsil müəssisələrində aparılacaq işləri əhatə edir.
Birinci tender çərçivəsində respublikanın təhsil müəssisələrində kommunal-kommunikasiya işlərinin satınalınması nəzərdə tutulub. Tenderin qalibi "Mühəndislik Tikinti Təchizat" MMC (VÖEN: 2005667751) olub və müqavilənin dəyəri 8 244 969 AZN təşkil edir.İkinci tender isə respublikanın bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrinin təmiri və inventarlarının bərpası işlərinə həsr olunub. Burada da qalib "Mühəndislik Tikinti Təchizat" MMC (VÖEN: 2005667751) olub, və tenderin dəyəri 11 467 624 AZN təşkil edir.
Beləliklə şirkət iki tenderdən ümumilikdə 19,7 milyon manat sifariş alıb.
Qeyd edək ki, "Mühəndislik Tikinti Təchizat" MMC 2019-cu ildə təsis olunub və nizamnamə kapitalı 2 110 AZN-dir. Şirkətin qanuni təmsilçisi Eltun Mahmudlu Ənvər oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev, ev 15A-dır.
Oxşar Xəbərlər:

Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı –Əvvəl qalib seçir, sonra uyğun görmür

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı?

ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -TƏFƏRRÜAT+VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI