18 oktyabr 2025
55
O da atası kimi adını villasına həkk etdirib - Foto
Günlərdir Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı cəzasını harada çəkməsi müzakirə olunur.Yenimeydan.info xəbər verir ki, KİV həmin ünvanı öyrənməyə çalışarkən maraqlı məqam diqqəti çəkib. Belə ki, Ramiz Mehdiyev villalarının darvazalarının üzərinə “RM”, yəni ad-soyadının baş hərflərini həkk etdirib. Sabiq PA rəhbərinin ev dustaqlığını keçirdiyi Nəsimi rayonu ərazisindəki (“Avropa” hotelinin yanında, Tbilisi prospektində) malikanəsinin qonşuluğunda yerləşən və qızı Kamilə Əliyevaya məxsus olan villada da bu element mövcuddur.Mehdiyevin qızının yaşadığı tikilinin üzərinə “İKƏ” hərflərinin (Kamilə Əliyevanın və həyat yoldaşı, sabiq deputat İlham Əliyevin ad-soyadlarının baş hərfləri) daşoyma yolu ilə həkk etdirilməsi ailənin “tarixdə qalmaq və öz irslərini gələcək nəsillərə ötürmək niyyəti”ndən xəbər verir.
Bu yerdə unutmayaq ki, hər daş-dəmir üzərində yazılan tarix deyil. Tarix yaddaşlarda əbədiləşir.
Qeyd edək ki, ev dustağı edilmiş Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına da qadağa qoyulub.

Oxşar Xəbərlər:

Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib - “Mehdiyev işi”nin DETALLARI
Adnan Əhmədzadə ilə bağlı YENİ SENSASİON FAKTLAR-Rusiya trans-cinayətkar və “çirkli pulların yuyulması” şəbəkəsinə bağlantıları...

Mehriban Əliyevanın doğum günüdür

“Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi monopoliya yaradır — İş adamından SENSASİON AÇIQLAMALAR…

Prezident əfv sərəncamı imzaladı – SİYAHI