12 iyul 2024
18
FHN-də kürsü savaşı – Asiman Hüseynov Cəbrayıl Xanlarovu yerindən edir?
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı bildirilir.Bununla bağlı xalq.az-a daxil olan məlumatda iddia edilir ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Cəbrayıl Xanlarovun vəzifədən getməsini ən çox istəyənlərdən biri məhz rəisin ən yaxın adamı kimi tanınan, müavini Asiman Hüseynovdur.
Belə ki, Asiman Hüseynovun müxtəlif kanallar vasitəsilə nazirə çıxış tapdığı və Cəbrayıl Xanlarov vəzifəsindən etməyə hazırlaşdığı deyilir.
Məlumata görə Asiman Hüseynov özünü Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsinə daha çox layiq görür.
Qeyd edək ki, Asiman Hüseynovun adı ölkə mətbuatına yad isim deyil. Belə ki, Asiman Hüseynovun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində vəzifəyə keçdikdən sonra yüksək sürətlə varlandığı iddia edilir. Asiman Hüseynovun qardaşları ilə birlikdə müxtəlif rayonlarda çoxlu sayda torpaq sahələri və obyektlərinin olduğu bildirilir.
Həmçinin mətbuatda gedən yazılarda Asiman Hüseynov sahibkarlardan külli miqdarda pul yığdığı iddia olunur.
Oxşar Xəbərlər:

FHN-in Əsaslı Tikinti İdarəsi ilə “AZƏRİ BİZNES” MMC 7 aydır yerində sayır –Nədə razılaşa bilmirlər?

Qusarın yeni millət vəkili Rəşad Aslanov olacaq…..-Düztahir kəndinin sakinləri…-Video-Foto
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı QANUNSUZ ƏMƏLLƏRİ... - ŞOK İDDİA

Cəbrayıl Xanlarovun oğlu yeni şirkət yaratdı – Həm idarə rəisi, həm də sahibkar…

Prezident əfv sərəncamı imzaladı – SİYAHI